Ucar sakinini elektrik cərəyanı vurub

00:16 - 7 İyul 2021 - HADİSƏ

Ucar sakinini elektrik cərəyanı vurub. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Müsüslü kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Məlumata görə, 4 uşaq atası olan N.Ağayevi su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyərkən elektrik enerjisi ilə ehtiyatsız davranıb və onu cərəyan vurub. Fakt araşdırılır.

Xəbər xətti