General çimərlikdə batdı

19:45 - 6 İyul 2021 - HADİSƏ

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin generalı Valeri Kurnikov anlaşılmaz şəraitdə Odessada boğulub.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, Kurnikov 13-cü Fontan stansiyası çimərliyində ailəsi ilə istirahət edəndə ölüb.

Şahidlər onu dalğalı suya doğru üzdüyünü gördüklərini söyləyiblər. Daha sonra həyat əlamətləri olmayan cəsədi tapılıb.

Xəbər xətti