"Azərişıq" ASC-nin işçisi işıq dirəyindən yıxılaraq öldü

11:45 - 6 İyul 2021 - HADİSƏ

Bakıda montyor iş başında ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Məlumata görə, "Azərişıq" ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

O, yerindəcə keçinib.
Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.

Xəbər xətti