Yevlaxda “VAZ 2107” aşıb, xəsarət alanlar var

00:46 - 6 İyul 2021 - HADİSƏ

Yevlaxın Qoyunbinəsi kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı maşın idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Tərtər rayon sakinləri – 1992-ci il təvəllüdlü Xaliq Əliyev və 1991-ci il təvəllüdlü Xaqəm Piriyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti