Qəzaya uğrayan təyyarənin hissələri tapıldı

00:26 - 6 İyul 2021 - HADİSƏ

ABŞ mütəxəssisləri bir neçə gün əvvəl Havay adaları yaxınlığında qəzaya uğramış təyyarənin müəyyən hissələrini aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası məlumat yayıb.
“Suda üzən kiçik bir neçə hissə tapılıb”, - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, tapılan hissə qəza ilə bağlı araşdırmaların daha detallı aparılmasına yardım edəcək.
Xatırladaq ki, bir müddət əvvəl “Transair” şirkətinə məxsus Boinq 737 təyyarəsi Havay adasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra suya düşərək qəzaya uğramışdı. Göyərtədə olan iki pilot isə xilas edilmişdi.

Xəbər xətti