Yevlaxda sərnişin avtobusu belə yandı - VİDEO

22:23 - 5 İyul 2021 - HADİSƏ

Yevlaxda sərnişin avtobusu yanıb.

Hadisə rayonun Aşağı Qarxun kəndindən keçən hissəsində baş verib.

Paytaxtdan Mingəçevirə hərəkət edən içi sərnişin dolu avtobus qəfildən alovlanıb. Alovu söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alovu ram etmək mümkün olub. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmasa da, bir neçə sərnişin həyəcan keçirib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


​///axar.az

Xəbər xətti