Qazaxda sərnişin avtobusu aşıb, 7 nəfər xəsarət alıb

22:08 - 5 İyul 2021 - HADİSƏ

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Sprinter" sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti