Paytaxtda sürücülər arasında dava düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Belə ki, Nəsimi rayonu ərazisində "Gənclik Mall" ticarət mərkəzinin qarşısında iki avtobus sürücüsü dalaşıb.
38 nömrəli avtobusun sürücüsü ilə 3 nömrəli avtobus sürücülərinin mübahisəsi yumruq davası ilə nəticələnib.
Nərminə