Bakıda bankomatdan 38 min pul oğurladılar

14:50 - 5 İyul 2021 - HADİSƏ

Bakıda bankomat qarət olunub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, iyulun 3-də saat 4 radələrində rayon ərazisindəki bankomat aparatlarından birini sındırmaq yolu ilə oradan 38000 manat pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Məmmədov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xəbər xətti