17 yaşlı tələbənin qətli ilə bağlı - RƏSMİ AÇIQLAMA

09:53 - 5 İyul 2021 - HADİSƏ

Mingəçevir şəhərində 17 yaşlı tələbənin qətli ilə bağlı rəsmi açıqlama verilib.

Mingəçevir şəhər Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, iyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülüb. Zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Xəbər xətti