Xəzərdə zəlzələ olub
07:30 - 5 İyul 2021 - HADİSƏ
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 04:02-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,2, ocağı 44 kilometr dərinlikdə olub.