Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

22:05 - 4 İyul 2021 - HADİSƏ

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunda, rayonun Havarlı kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində ikisi qadın olmaqla üç nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti