Dənizdə iki nəfər batıb

21:02 - 4 İyul 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nszirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Xəbər xətti