Sabirabadda iki avtomobil toqquşub

09:50 - 4 İyul 2021 - HADİSƏ

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabad rayonununda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 1995-ci il təvəllüdlü Abışov Taleh Mirzəməmməd oğlu xəsarət alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti