Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əbilova Səidə Mirşahin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.