Sumqayıtda otluq sahədə yanğın olub - Foto

22:03 - 2 İyul 2021 - HADİSƏ

Sumqayıt şəhərində otluq sahədə yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın Bakı küçəsində yerləşən nəzarətsiz ərazidə qeydə alınıb.

Naməlum səbəbdən yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının digər əraziyə keçməsinin qarşısı alınıb.


Xəbər xətti