Kürdəmirdə usta binadan yıxılaraq ölüb

11:41 - 2 İyul 2021 - HADİSƏ

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

Belə ki, tikintidə usta işləyən rayon sakini, 31 yaşlı Əliyev Əliqahim Hikmət oğlu binadan yıxılaraq ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti