Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı - Foto

01:00 - 30 İyun 2021 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb. Belə ki, 90-PY-491 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Abdullazadə Orxan idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xəbər xətti