Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı <font color=red><b>- Foto</b></font>
01:00 - 30 İyun 2021 tarixində dərc olunub.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.
Belə ki, 90-PY-491 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Abdullazadə Orxan idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.