Dənizdə batan 3 nəfər xilas edilib - biri azyaşlıdır

23:44 - 19 İyun 2021 - HADİSƏ

Xilasedicilər Xəzərdə batan 3 nəfəri xilas edib. 

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və "Bilgəh" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 3 nəfər xilas olunub.

 

Xəbər xətti