Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batan 3 nəfər xilas edilib -<font color=red><b> biri azyaşlıdır</b></font>

23:44 - 19 İyun 2021 tarixində dərc olunub.

Xilasedicilər Xəzərdə batan 3 nəfəri xilas edib. 

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və "Bilgəh" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 3 nəfər xilas olunub.

 

Müəllif: