“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib - Foto

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirib.

Eyni zamanda, müxtəlif ölkələri təmsil edən komandaların nümayəndələri hazırlıq məşqləri çərcivəsində uçuş boyu tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçirib.

İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

Tarix
19 İyun 2021 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 13:48:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin