Daha iki qazi yüksək texnologiyalı protezlərlə təmin edib - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.

Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir.

Nazirlik tərəfindən artıq 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

Tarix
19 İyun 2021 [13:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 13:13:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin