Ramiz Mehdiyev bu şəxslərə yeni vəzifə verdi

10:39 - 19 İyun 2021 - Xəbər

Azərbaycan Milli Elmlər Akademiyasında yeni kadrlar məsələsinə baxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, Rəyasət Heyətinin üzvləri, Aparat rəhbəri və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

İclasda Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Xəbər xətti