Bakıda qadına qarşı zorakılıq: maşına mindirib... - VİDEO

12:20 - 17 İyun 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda küçədə qadına zor tətbiq edərək maşına mindirmək istəyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə görüntüləri aparıcı Aytən Səfərova özünün “İnstagram” profilində paylaşıb. Aparıcı hadisənin bu gün səhər saat 9 radələrində baş verdiyini bildirib.

Görüntülərdən də aydın olduğu kimi, bir kişi qadına zor tətbiq edərək avtomobilə əyləşdirməyə çalışır. Lakin sonda qadın onun əlindən qurtularaq bir qədər uzaqlaşır. Daha sonra yaxınlıqdakı insanlar zərərçəkmiş qadının ətrafına toplaşır.

Həmin görüntüləri təqdim edirik:


​/musavat

Xəbər xətti