Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı - Video

01:10 - 17 İyun 2021 - HADİSƏ

Saatlı sakini Bakıda taksi sürücüsünün fırıldağının qurbanı olub. Müştəri kimi taksiyə əyləşən şəxs iddia edir ki, onu mənzil başına çatdıran sürücü gedişhaqqını alan kimi çantaları avtomobilin yük yerindən götürməyə imkan verməyərək ərazidən uzaqlaşıb. Sürücü müştərinin çantalarını unudub, yoxsa qaçırıb? 

Taksi ilə Masazır qəsəbəsindən metronun ''20 yanvar'' stansiyası istiqamətində gələn müştəriyə külli miqdarda ziyan dəyib.

Saatlı sakini 57 yaşlı Elşad Məmmədovun sözlərinə görə, ''20 yanvar'' dairəsinə gəlmək üçün bir manatdan sərnişindaşıma ilə məşğul olan bir sürücünün avtomobilinə əyləşib. 

Elşad Məmmədov bir neçə saat həmin ərazidə gözləyib ki, bəlkə sürücü həmin çantaları gətirib qaytara. Gəlmədiyindən zərərçəkmiş ''102-i xidməti''nə məlumat verib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları gəlib və izahatın alıblar.

Zərərçəkmiş deyir ki, həmin şəxs maskalı olduğundan üzünü dəqiq görə bilməyib. Ağsaqqal onu da iddia edir ki, həmin şəxs onun çantalarını avtomobilində unutmayıb. Niyyəti qaçırmaq olub. 

İndi polis ərazidəki ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsilə həmin nəqliyyat vasitəsini axtarır.  

Xəbər xətti