Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21:40 - 13 İyun 2021 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32452 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27351, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5101 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2775319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1810857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964462 təşkil edir.

Xəbər xətti