"Zəfərin qazanıldığı torpaqlara gedəcəyik" - Ərdoğan

17:00 - 13 İyun 2021 - DÜNYA

NATO zirvə toplantısından sonra qardaşım Əliyevin dəvətilə Azərbaycana rəsmi səfərə yollanacağam.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfəri öncəsi keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan Qarabağda tarixi zəfərə imza ataraq 30 illik işğala son Verdi. Dekabrın 10-da Bakı keçirilən Zəfər Paradını izləmişdim. Bu dəfə isə zəfərin qazanıldığı torpaqlara gedəcəyik. İnşallah, Şuşanı ziyarət edəcəyik. İyunun 16-da isə milli komandamızın Uelslə oyununu Əliyevlə izləyəcəyik”, - Ərdoğan bildirib.

Xəbər xətti