UNESCO Azərbaycanın da yer aldığı bilik əsaslı inkişafı əks etdirən hesabatını yayıb

UNESCO dünya ölkələrində elmin inkişafını, o cümlədən elmin kommersiyalaşdırılması və startapların inkişafı göstəricilərini əks etdirən hesabatını yayımlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, dosent İsa Qasımov bildirib. İsa Qasımovun sözlərinə görə, hesabat yeni dünya trendlərinin prioritetləri olan innovasiya iqtisadiyatının başlıca parametrlərindən olan elmin inkişafı göstəricilərini özündə əks etdirir:  

"Hesabatda Azərbaycan Respublikası ilə bağlı göstəricələr də yer alır. Belə ki, 700 səhifədən çox həcmə malik hesabatın 332-335-ci səhifələrində Azərbaycan Respublikası haqqında göstəricilər və təhlillər haqqında məlumat verilir. Qeyd edək ki, ölkəmiz haqqında məlumatlar Qara dəniz hövzəsi ölkələri ilə müqayisəli şəkildə göstərilir. Hesabatda elmi tədqiqatlara, o cümlədən elmi nəşrlərə, elmin kommersiyalaşdırılmasına, elmi təqdqiqat nəticələrinin iqtisadiyyata təbiqi, universitet-sənaye əməkdaşlığı və sair bu kimi məqamlar haqqında müqayisəli məlumatlar verilir." 

"UNESCO-nun hesabatında Azərbaycan Respublikasına aid olan bölmədə elmin kommersiyalaşdırılması və startapların inkişafı ilə bağlı məlumatlar verilərkən “Yeni Fikir” startap müsabiqəsi və “Smart Bridge (Texnologiya-Biznes-İnnovasiya)” layihələrinin rolu da qeyd olunub.Sözügedən layihələr haqqında bəhs edilərkən, tərəfdaş təşkilatlar kimi Bakı Mühəndislik Universiteti, bp, Sahibkarlığın İnkişafı Fondu və KOICA-nın rolu da vurğulanır" - deyə İsa Qasımov qeyd edib.

Hesabat ilə aşağıdakı linkdən istifadə edərək ətraflı tanış olmaq olar:
https://www.dropbox.com/s/hhq1lhds7m2wpnw/UNESCO%20Science%20Report%202021.pdf?dl=0&fbclid=IwAR1VR5rTPF8faUqK4i3WdAj25zivMHwIju3kD4giSlPVcjU0KMGbnFzyRxQ

Tarix
13 İyun 2021 [12:51]
Müəllif
Üç nöqtə
2021-06-13 12:51:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin