Azərbaycanda zəlzələ olub
06:06 - 11 İyun 2021 - ÖLKƏ İÇİ
Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.