Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ olub

06:06 - 11 İyun 2021 tarixində dərc olunub.
Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
Müəllif: