Deputat Vətən müharibəsi iştirakçısına telefon bağışladı

Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım. O, qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında yazıb.

Millət vəkili azyaşlı qızı xilas edən Elgün Əlicanovla Mingəçevirdə görüşüb və ona telefon hədiyyə edib.

Qeyd edək ki, Elgün Əlicanov Vətən müharibəsi iştirakçısıdır, Suqovuşan istiqamətində vuruşub.

 
 
 

Tarix
10 İyun 2021 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 18:53:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin