Şəhid pilotun həyat yoldaşına pensiya təyin olunub

19:04 - 10 İyun 2021 - Cəmiyyət

Şəhid Atakişiyev Rəşad Saləddin oğlunun 2 övladına görə həyat yoldaşı Hüseynova Könül Qabil qızına ailə başçısını itirməyə görə pensiya təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, həmin pensiya şəhid Atakişiyev Rəşad Saləddin oğlunun təminat xərcliyinin 100 faizi miqdarındadır. Həmçinin ailəyə 24.07.2019-cu il tarixdən Prezidentin aylıq təqaüdü təyin olunub.

 

Xəbər xətti