Britaniyalı mütəxəssis Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb - FOTO

Böyük Britaniya Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistanın işğalından azad olunan Füzuli rayonuna səfər edib.

Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildirilib.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət ediblər.///report

 

Tarix
10 İyun 2021 [17:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 17:47:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin