Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

08:24 - 10 İyun 2021 - HADİSƏ

Gəncədə yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti