Gəncədə yaşayış binasında yanğın - <font color=red><b>Sakinlər təxliyyə olundu</b></font>
08:24 - 10 İyun 2021 tarixində dərc olunub.
Gəncədə yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.