Zaqatalada 67 yaşlı kişinin ağacdan asılmış meyiti tapılıb.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında Yengiyan kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Nuruməhəmməd İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.