Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada 67 yaşlı kişi özünü asdı

00:45 - 6 İyun 2021 tarixində dərc olunub.

Zaqatalada 67 yaşlı kişinin ağacdan asılmış meyiti tapılıb.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında Yengiyan kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Nuruməhəmməd İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: