Biləsuvarda sürücü qəza törədib, həyat yoldaşı ölüb

10:45 - 5 İyun 2021 - HADİSƏ

Biləsuvar rayonunda ağır yol qəzası baş verib

Hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Xırmandalı kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücünün sərnişini, həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətif qızı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti