Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda sürücü qəza törədib, <font color=red><b>həyat yoldaşı ölüb</b></font>

10:45 - 5 İyun 2021 tarixində dərc olunub.

Biləsuvar rayonunda ağır yol qəzası baş verib

Hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Xırmandalı kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücünün sərnişini, həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətif qızı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: