Tacikistan-Qırğızıstan sərhədində vəziyyət yenidən gərginləşib - VİDEO

Tacikistan hərbçiləri əvvəlcədən əldə edilən razılaşmanı pozaraq iyunun 4-də səhər saatlarında Qırğızıstan sərhədinin 1 km dərinliyinə daxil olublar və Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdiriblər.

“Report” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin rəisi general-leytenant Kamçıbek Taşiyev, sərhədyanı məsələlər üzrə məsul şəxs Nazirbek Borubayev və Torpaq Fondu Dövlət Agentliyinin direktoru Abdulat Mırzayev hadisə yerinə gediblər.

Rəmis Bişkek Düşənbəni dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələlər üzrə razılaşmanı pozmaqda ittiham edir.

Son məlumatlara görə, yerli vaxtla səhər saat 6-da Tacikistan tərəfi konteynerin yerini dəyişdirib və onu “Unju-Bulak” dövlət sərhəd məntəqəsinin 600 metrliyində qurub.

Tarix
4 İyun 2021 [09:44]
Müəllif
Üç nöqtə
2021-06-04 09:44:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin