Çində quş qripi insana yoluxub

21:47 - 1 İyun 2021 - DÜNYA

Çində quş qripi virusu H10N3 insana yoluxub.

“RİA Novosti” Çinin Dövlət Sağlamlıq Komitəsinə istinadən məlumat verir ki, hadisə Çzyansu əyalətində qeydə alınıb.
Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.
Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma  “effektivliyi” yoxdur.

Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər.///oxu.az

Xəbər xətti