İcra hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

22:21 - 28 May 2021 - HADİSƏ

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.///report

Xəbər xətti