Ucnoqta.az
www.ucnoqta.az

İcra hakimiyyətinin avtomobili su kanalına aşdı, <font color=red><b>xəsarət alan var</b></font>

22:21 - 28 May 2021 tarixində dərc olunub.

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.///report

Müəllif: