Bakıda avtomobil divara çırpılıb, ölən var

09:06 - 25 May 2021 - HADİSƏ

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı minik avtomobili divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti