Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil divara çırpılıb, <font color=red><b>ölən var</b></font>

09:06 - 25 May 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı minik avtomobili divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: