Azərbaycanda zəlzələ olub
07:58 - 21 May 2021 - HADİSƏ
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ağstafa rayonunda zəlzələ qeydə alıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.