Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ olub

07:58 - 21 May 2021 tarixində dərc olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ağstafa rayonunda zəlzələ qeydə alıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, zəlzələ hiss olunmayıb.
Müəllif: