Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan "Pajero" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb. Qəza nəticəsində avtomobildə sərnişin olan, 1939-cu il təvəllüdlü Gülzar Məmmədovanın qolu qırılıb və müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.