Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil arxa düşüb, xəsarət alan var

19:41 - 20 May 2021 tarixində dərc olunub.

Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan "Pajero" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb. Qəza nəticəsində avtomobildə sərnişin olan, 1939-cu il təvəllüdlü Gülzar Məmmədovanın qolu qırılıb və müxtəlif xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: